Obamanın işi konqresə qalıb

Obamanın işi konqresə qalıb
  05 Yanvar 2014    Oxunub:1584
Obama Konqresi işsizliyə görə sığortanın müddətini uzatmağa çağırıb.
ABŞ prezidenti Konqresi bir milyondan çox amerikalı üçün işsiziliyə görə onun ifadəsilə iqtisadi baxımdan həyat əhəmiyyətli sığortanının müddətini uzatmağa çağırıb.

AzVision.az xəbər verir ki, Barak Obama Amerika xalqına həftəlik müraciətində Konqresdə respublikaçı nümayəndələri seçicilərin imtiyazları üçün müddəti uzatmadan məzuniyyətə çıxdığına görə məzzəmmət edib.

Prezident Obama qanunvericilər işsizliyə görə müavintlər üçün müddətin üç ay uzadılmasına dair qanunu təsdiq etsə, onu imzalayacağını deyib.

Cənab Obama iş axtaran və yeni vərdişlərə yiyələnən insanların maliyyə baxımından təmin edilməməsini “qəddar bir rəftar” adlandırıb. ABŞ prezidentinin sözlərinə görə, işsizliyə görə sığorta müddətinin uzaldılmaması yeni il yerlərinin açıması ilə müşayiət olunan iqtisadi bərpası prosesinə mənfi təsir göstərir.

Respublikaçıların həftəlik müraciəti ilə çıxış edən Missisipi konqresmeni Qreqq Harper Senatı uşaqların sağlamlığı ilə tədqiqatların davam etdirilməsi üçün Qabriela Miller Uşaq Araşdırmaq Aktının qəbul edilməsinə çağırıb. Konqresin Nümayəndələr Palatasının keçən ay qəbul etdiyi qanun layihəsi ABŞ-ın Milli Səhiyyə İnstitutu tərəfindən pediatriya sahəsində tədqiqatların genişləndirilməsini nəzərdə tutur.

amerikaninsesi.org


Teqlər:





Xəbər lenti