“Təhsil haqqında” qanuna dəyişiklik edildi

“Təhsil haqqında” qanuna dəyişiklik edildi
  24 Aprel 2020    Oxunub:3392
Azərbaycanda orta ixtisas təhsilini başa vuran şəxslərə subbakalavr peşə-ixtisas dərəcəsi veriləcək.
Azvision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Təhsil haqqında” qanunun 21-ci maddəsinə (Orta ixtisas təhsili) dəyişiklik edilib.

Dəyişiklik layihəsinə əsasən, orta ixtisas təhsili əsasən kolleclərdə və ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrində həyata keçirilir və subbakalavr peşə-ixtisas dərəcəsinin verilməsi ilə başa çatacaq.

Sənəd səverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis  





Xəbər lenti