Ovanisyan rədd edildi

Ovanisyan rədd edildi
  15 Mart 2013    Oxunub:1517
Ermənistanın Konstitusiya məhkəməsi Ovanisyanın şikayətini rədd edib
Ermənistanın Konstitusiya Məhkəməsi, keçmiş baş nazir Raffi Ovanisyan və prezidentliyə namizəd Andrias Qukasyanın seçki nəticələrinin ləğvinə dair vəsadətini rədd edib.

Qeyd edək ki, adları çəkdiyimiz namizədlər, 18 fevral seçkilərinin gedişində çoxsaylı saxtakarlığa yol verildiyini əsas gətirərə, martın 4-də Ermənistan Konstitusiya Məhkəməsinə şikayət ediblər. İrəvanın Ali Ədliyyə İnstansiyası, 3 gün davam edən araşdırmadan sonra, 25 fevral seçki nəticələrinin ləğvi haqqında iddialari təmin etməyib. İddiaçilardan "Miras" partiyasının lideri Raffi Ovanisyan məhkəmədə vəkili Karen Mezlumyan və millətvəkili Zaruhi Bostanciyan tərəfindən təmsil olunub.

Şikayətçi qismində çıxış edən ikinci namizəd Andrias Qukasyan isə özü-özünə vəkillik edib. Seçkilərdə ən çox səs toplamış hazirki prezident Serj Sarkisyan isə məhkəmədə ədliyyə naziri Hrayr Tovmasyan və parlamentin hüquq məsələləri üzrə komitəsinin sədri David Harutyunyan tərəfindən təmsil olunub.

Ovanisyanın təmsilçisi məhkəmə qərarından sonra mətbuat konfransı verərək, hökmdən narazı qaldıqlarını və cümə günü İrəvanın “Azadlıq” meydanında kütləvi mitinq keçirəcəklərini açıqlayıb. MSK sədri Tiqran Mukuçyan isə konstitusiya məhkəməsinin qərarının ədalətli və qəti olduğunu qeyd edərək qarşı tərəfin iddialarının əsassız olduğunu bildirib.

Bununla yanaşı Ermənistanın Konstitusiya məhkəməsi 17/05 məntəqəsində seçkilərin nəticələrini ləğv edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti