İsrail ABŞ-ın təklifini rədd etdi

İsrail ABŞ-ın təklifini rədd etdi
  05 Yanvar 2014    Oxunub:1026
İsrail ABŞ-ın İordan vadisi üzrə təklifini rədd etdi.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki,İsrail ABŞ-ın İordan vadisində təhlükəsizliyin təmin edilməsi üzrə təklifini qəbul etməyib.

Xatırladaq ki, ABŞ-ın dövlət katibi Con Kerri İsrail və Fələstin arasında dayandırılmış müzakirələrin davam etdirilməsinə kömək məqsədilə yanvarın 2-də Yaxın Şərqdə səfərdə olub. Bu, C.Kerrinin dövlət katibi kimi regiona 10-cu səfəridir.

İsrailin kəşfiyyat və strategiya naziri Yuval Ştaynits bildirib: "Təhlükəsizlik bizim əlimizdə olmalıdır. İordan vadisində problemin beynəlxalq qüvvələrin yerləşdirilməsi, Fələstin polisi və ya texniki vasitələrlə həllini təklif edənlər Yaxın Şərqdəki prosesləri anlamırlar".

Qeyd edək ki, hazırda İordan vadisi İsrailin tam hərbi və inzibati nəzarəti altındadır.


Teqlər:





Xəbər lenti