ABŞ-da Sibir şaxtaları – VİDEO

ABŞ-da Sibir şaxtaları – VİDEO
  05 Yanvar 2014    Oxunub:1034
Bu cür soyuqlar 20 il ərzində ilk dəfədir ki, baş verir. ABŞ-da 50° şaxta gözlənilir.
ABŞ-ın bir neçə ştatında anomal soyuqlar davam edir.

AzVision.az “euronews”a istinadən xəbər verir ki, artıq havanın temperaturu 50°-dən aşağı düşə bilər. Mütəxəssislər hesab edir ki, indiki soyuqlar 20 il ərzində ilk dəfədir ki, baş verir. ABŞ-ın Şimali Dakota, Viskonsin, Ayova və Minnesota ştatlarının vətəndaşları üçün bu qış çox sərt gəlib. Minnesotada temperaturun -45-dərəcəyə düşməsi məktəblərdə dərslərin ləğv edilməsilə nəticələnib. Artıq Çikaqo və İllinoys ştatlarında da havalar soyumağa başlayıb. Bu bölgələrin vətəndaşları 1994-cü ildən bu yana temperaturun 24 dərəcədən aşağı düşməsinin şahidi olmayıblar.

Artıq soyuqların gəlişi ABŞ-ın şimal-şərq və orta qərb bölgələrində 16 nəfərin ölümünə səbəb olub.




Teqlər:





Xəbər lenti