“Dərs vaxtı” verilişinin sabaha olan cədvəli

“Dərs vaxtı” verilişinin sabaha olan cədvəli
  27 Aprel 2020    Oxunub:3537
Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprelin 28-i üçün nəzərdə tutulan cədvəli açıqlanıb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, Azərbaycan bölməsi üçün sabah saat 10:00-da Fiziki tərbiyə; 10:10-da VIII sinif - Biologiya, Kimya, İngilis dili, Coğrafiya; 10:55-də VII sinif - Biologiya, Kimya, İngilis dili, Coğrafiya, Informatika; 11:45-də IV sinif - Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət; 12:20-də III sinif - Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət; 13:00-da II sinif - Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət; 13:30-da I sinif şagirdlərinə Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət dərsləri, 14:00-da isə Məktəbdənkənar fəaliyyət olacaq.

Rus bölməsi üçün 14:10-da Məktəbəhazırlıq; 14:20-də I sinif - Rus dili, Riyaziyyat, Həyat bilgisi; 14:50-də VII sinif - Rus dili, Riyaziyyat, Fizika; 15:30-da IX sinif şagirdlərinə Rus dili, Riyaziyyat və Fizika dərsləri olacaq.

Azvision.az



Teqlər: Dərs   Təhsil  





Xəbər lenti