“Tələbələrin 50 faizi dövlət hesabına təhsil alır” - Ceyhun Bayramov

 “Tələbələrin 50 faizi dövlət hesabına təhsil alır” -    Ceyhun Bayramov
  27 Aprel 2020    Oxunub:4812
Bu gün Azərbaycanda tələbələrin 50 faizi, yəni 2 nəfərdən biri dövlət hesabına təhsil alır.
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, 2020-ci il üzrə sosial baxımından həssas qrupa aid olan ailələrin övladlarının təhsil haqqından azad edilməsi ilə bağlı Nazirlər Kabineti tərəfindən qəbul edilən qərara uyğun olaraq hazırlıq işləri həyata keçirilir.

“Ötən həftə bu məsələ rektorlarla geniş müzakirə edildi. Sənədlər yoxlanıldıqdan sonra tələblərin təhsil haqlarının ödənilməsi həyata keçiriləcək”.

C.Bayramov qeyd edib ki, Nazirlər Kabinetinin qərarında qeyd edildiyi müddətlərə uyğun olaraq mart ayının əvvəlində yaradılan alt sistemə tələbələr daxil olub, müraciətlərini edə biləcəklər:

"Ali təhsil müəssisələri bu məqsədlər üçün ayrılmış şəxslər vasitəsilə onu təsdiq edəcək. Məlumatlar Təhsil Nazirliyinin müvafiq sisteminə daxil olacaq. Digər orqanlarla inteqrasiya olunmaqla sənədlər avtomatik diverfikasiya olunduqdan sonra tələblərin təhsil haqlarının ödənilməsinə başlanılacaq".

Aytən Zəhra
Azvision.az


Teqlər: Nazir   Təhsil   Brifinq  





Xəbər lenti