Müəllimlərin işə qəbulu iyulda keçiriləcək

   Müəllimlərin işə qəbulu iyulda keçiriləcək
  27 Aprel 2020    Oxunub:3663
Müəllimlərin işə qəbulu prosesi yay aylarında yeni reallıqlara uyğun olaraq keçiriləcək.
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bununla bağlı hazırlıq işlərinə başlanılıb və həmin müddətdə vəziyyətin inkişafından asılı olaraq işlər həyata keçiriləcək:

“Müəllimlərin yerdəyişmə prosesi onlayn qaydada iyun ayı ərzində həyata keçiriləcək. Müəllimlərin işə qəbul prosesi iyul ayında baş tutacaq. Həmin müddətdə vəziyyətin inkişafından asılı olaraq yeni reallıqlar nəzərə alınacaq”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Müəllim   İş   Təhsil   Qəbul  





Xəbər lenti