Tədris olunmayan mövzular imtahana salınmayacaq

   Tədris olunmayan mövzular imtahana salınmayacaq
  27 Aprel 2020    Oxunub:4549
"11-ci sinfin buraxılış imtahanları normalda aprel ayında keçirilirdi. Ötən il imtahanlarda aprel və may ayının dərs proqramları istifadə edilmirdi. Çünki proqram əvvəldən açıqlanırdı".
Azvision.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Nazirin sözlərinə görə, tədris olunmayan mövzular imtahana salınmayacaq: "Qəbul imtahanına son iki ayın dərs proqramlarının salınmaması ilə bağlı təklifə müsbət baxıla bilər".

Nazir müavini Məhəbbət Vəliyeva isə əlavə edib ki, imtahanda istifadə olunan proqramlar ümumtəhsil dövlət standartlarına uyğun formada olur: "Buraxılış imtahanlarında istifadə olunan sualların içərisində son dərs aylarının məzmununa çox az yer verilir".

Aytən Zəhra
Azvision.az



Teqlər: Təhsil   Nazir   Brifinq  





Xəbər lenti