300 uşaq onlayn müsahibəyə cəlb olunacaq

300 uşaq onlayn müsahibəyə cəlb olunacaq
  27 Aprel 2020    Oxunub:2909
İlkin mərhələdə tədrisi digər dillərdə olan məktəbəhazırlıq qruplarına qəbul üçün ölkə üzrə 300 uşağın onlayn müsahibə mərhələsinə cəlb olunması planlaşdırılır.
Azvision.az xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

"Bunun nəticəsində texniki imkanlar müəyyənləşdiriləcək, həm də təcrübədən keçirəcəyik ki, onlayn müsahibə uşaqların psixologiyasına necə təsir göstərir. Əgər bu, müsbət effekt verəcəksə, o zaman biz 8000 uşağı da onlayn sistemlə müsahibədən keçirəcəyik", - deyə nazir müavini qeyd edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Uşaq   Onlayn   Müsahibə   Təhsil  





Xəbər lenti