İlk olaraq 9 və 11-ci siniflərdə dərslər başlayacaq? - AÇIQLAMA
Azvision.az xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib. Onun sözlərinə görə, karantin rejiminin yumşaldılmasına gedən zaman ilklər sırasında insanların kütləvi toplaşdığı yerlərin açılması, o cümlədən tədrisin bərpası ola bilməz.
Nazir müşaviri ilk olaraq 9 və 11-ci siniflərdə tədrisinin başlanması barədə məlumatlara da aydınlıq gətirib.
“Bəzi ölkələrdə bu təcrübə var. Bəzi ölkələrdə ilk olaraq ibtidai sinifləri açırlar, bu da o yaşda yoluxmanın az olması ilə əlaqədardır. 9 və 11-ci siniflərdə ilk olaraq tədrisin bərpası onların buraxılış sinifləri olması ilə əlaqədardır. Onları qarşıda buraxılış və qəbul imtahanları gözləyir. Bizdə də bu təcrübə nəzərə alınaraq qərar verilə bilər. Lakin ən əsası sağlamlığı prioritet olaraq təmin edə bilməkdir”.
Aytən Zəhra
Azvision.az