“Sentyabra qədər futbol oynanılmamalıdır” - FİFA-dan çağırış

“Sentyabra qədər futbol oynanılmamalıdır” -  FİFA-dan çağırış
  29 Aprel 2020    Oxunub:7113
"Futbol dünyada yenidən təmasın mümkün olduğu zaman oynanıla bilər. Çünki futbol təmas oyunudur".
Azvision.az xəbər verir ki, bunu FİFA Sağlamlıq Komitəsinin rəhbəri Michael D'Hooghe bildirib.

O vurğulayıb ki, dünya rəqabətli futbola hazır deyil: "Ümid edirəm ki, vəziyyət tezliklə dəyişəcək. Bunun üçün hələ səbr etmək lazımdır. Hazırda İkinci Dünya Müharibəsindən sonra ən dramatik dövrü yaşayırıq. Həqiqəti qəbul etməliyik. Çünki baş verənlər zarafat deyil.

Sentyabra qədər futbol oynanılmamalıdır. Bir çox ölkədə azarkeşli və azarkeşsiz futbol matçlarının keçiriləcəyini eşitmişəm. Hər kəs diqqətli olmalıdır. Yeni mövsümə avqustun sonu, sentyabrın əvvəlində başlanılması məni çox sevindirər. Belə olsa, virusun ikinci mümkün dalğasından yayına bilərik".

Kənan Məmmadov
Azvision.az


Teqlər: FİFA   Futbol   Koronavirus   Covid-19  





Xəbər lenti