Nazir müavini: “Dərs ili uzadılmayacaq”

    Nazir müavini:  “Dərs ili uzadılmayacaq”
  30 Aprel 2020    Oxunub:8336
Şagirdlərə dərs proqramı bu və ya digər formada çatdırılırsa, dərs ilinin uzadılmasına ehtiyac yoxdur. Yəqin ki, tədris ili vaxtında başa çatacaq.

Azvision.az xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.
Onun sözlərinə görə, proqramlar onlayn şəkildə şagirdlərə çatdırılır: “Teledərslərlə şagirdlərin proqramda olan boşluqlarını aradan qaldırmaqla tədris ilini vaxtında yekunlaşdıracağıq. Şagirdlərin evdə işləyib-işləmədiyini bilmirik. Burada məsuliyyət valideynin üzərinə düşür”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil   Dərs   Məktəb  





Xəbər lenti