Növbəti dərs ili vaxtından tez başlaya bilər

 Növbəti dərs ili vaxtından tez başlaya bilər
  30 Aprel 2020    Oxunub:5936
Vəziyyət tələb edərsə, dərs ili vaxtından əvvəl başlaya bilər.

Azvision.az xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib. Onun sözlərinə görə, bu məsələ Nazirlər Kabinetinin səlahiyyətindədir.
“Biz vəziyyəti şərh etmək üçün təkliflərimizi verə bilərik. Nazirlər Kabinetinin qərarından asılı olaraq, tədris ilinin başlanma vaxtı müəyyən ediləcək. Dərslər ənənəvi olaraq 15 sentyabrda başlayır. Hazırda proqramda geriləmələr var. Təhsil Nazirliyi olaraq dərs ilinin sonuna dair məsələləri və yay aylarında görəcəyimiz işləri müzakirə edirik”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Təhsil   Məktəb   Dərs  





Xəbər lenti