Buraxılış imtahanları necə keçiriləcək? - Nazir müavinindən AÇIQLAMA

 Buraxılış imtahanları necə keçiriləcək? - Nazir müavinindən  AÇIQLAMA
  30 Aprel 2020    Oxunub:6637
Buraxılış imtahanlarının məzmun tərəfi şagirdlərdə suallar yarada bilər. Mart ayından etibarən məktəblərdə dərslər dayandırılıb. Buraxılış siniflərində imtahan verən şagirdlər sualların məzmununun necə olacağından narahat ola bilərlər.
Azvision.az xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib. Onun sözlərinə görə, əvvəlki illərdə tam orta təhsil və ya orta təhsil səviyyəsində buraxılış imtahanlarının məzmunu hazırlanarkən son ayların proqramları imtahan suallarına salınmırdı.

“Buraxılış sinifləri əvvəlki illərin materialları əsasında hazırlaşa bilər. Onlar üçün məzmunun gözlənilməz olması və hazırlıqsız yaxalanması narahatçılıq yaratmasın”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Buraxılış-imtahanı  





Xəbər lenti