Misir İrana etiraz etdi

Misir İrana etiraz etdi
  07 Yanvar 2014    Oxunub:1130
Qahirə Tehrana Misirdəki vəziyyət barədə açıqlamalarına görə etirazını bildirib.
Misirin Xarici İşlər Nazirliyi bazar ertəsi ölkədə vəziyyət haqqında Tehranın bəyanatları ilə əlaqədar etirazını bildirmək üçün İranın müvəqqəti işlər vəkilini çağırıb. , AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ötən həftə İranın xarici siyasət idarəsinin nümayəndəsi bildirib ki, Tehran Misirdə hökumət qüvvələri və hakimiyyətdən kənarlaşdırılmış prezident Mursinin tərəfdarları arasında baş verən toqquşmalar nəticəsində artmış gərginlikdən narahatdır.

"İranın şərhləri Misirin daxili işlərinə yolverilməz qarışmadır", - Misir XİN nümayəndəsi bildirib.


Teqlər:





Xəbər lenti