Merkel xizəkdən yıxıldı – VİDEO

  06 Yanvar 2014    Oxunub : 555
Merkel xizəkdən yıxıldı – VİDEO
Almaniya kansleri Angela Merkel xizək sürərkən omba sümüyünü ciddi zədələyib.
AzVision.az “euronews”a istinadən xəbər verir ki, bununla əlaqədar A.Merkel bu həftəyə planlaşdırılmış bir neçə rəsmi görüşünü təxirə salmaq məcburiyyətində qalıb.

Merkelin təmsilçisi Stefen Seibretin verdiyi məlumata görə kansler Mövlud bayramı ərəfəsində xizək sürərkən yıxılıb və şok keçirib. Hadisə nəticəsində Almaniya kanslerinin omba sümüyü çatlayıb. Bu səbəbdən də A.Merkelin bir sıra görüşləri təxirə salınıb.

Qeyd edək ki, hadisə İsveçrədə baş verib.




Teqlər: