Yataqxanada qalan tələbələr kirayə pulundan azad olundu

Yataqxanada qalan tələbələr kirayə pulundan azad olundu
  03 May 2020    Oxunub:5897
Koronavirus pandemiyası ilə əlaqədar olaraq mart ayından etibarən ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində dərslər təxirə salınıb, tələbələrin əksəriyyəti yaşadıqları rayonlara qayıdıb.
Azvision.az xəbər verir ki, bununla əlaqədar olaraq Azərbaycan Dillər Universitetinin rektoru, akademik, xalq yazıçısı Kamal Abdullanın qərarına əsasən, ADU-nun 2 saylı qızlar yataqxanasında yaşayan tələbələr pandemiya ilə əlaqədar olaraq mart, aprel və may ayları üçün kirayə ödənişlərindən azad olunublar.

Azvision.az


Teqlər: ADU   Tələbə   Kirayə  





Xəbər lenti