İçərişəhərdə Novruz havası

İçərişəhərdə Novruz havası
  15 Mart 2013    Oxunub:1362
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi "Novruz bayramı" festivalı keçirəcək.
AzVision.az xəbər verir ki, festival 4 gün ərzində - martın 20-dən 23-dək davam edəcək və Qoşa Qala Qapısı Meydanında "Meydan bazarı" təşkil olunacaq.

Festivalda milli tətbiqi sənət məhsulları və suvenirlərin sərgi-satışı təşkil olunacaq, milli mətbəx ustaları öz məharətlərini nümayiş etdirəcəklər.

Konsert proqramında muğamla yanaşı, mahir ifaçıların çıxışında klassik musiqi əsərləri, müasir estrada və caz musiqisi səslənəcək.

Novruz tədbirləri İçərişəhərlə eyni vaxtda mart ayının 20-21-də "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da təşkil olunacaq.


Teqlər:  





Xəbər lenti