“Dərs vaxtı”nın sabaha olan cədvəli

“Dərs vaxtı”nın sabaha olan cədvəli
  04 May 2020    Oxunub:3286
Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı”nın mayın 5-nə olan cədvəli açıqlanıb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, Azərbaycan bölməsi üçün sabah saat 10:00-da – Fiziki tərbiyə; 10:10-da VIII sinif – Biologiya, Kimya, İngilis dili, Coğrafiya; 10:50-də VII sinif - Biologiya, Kimya, İngilis dili, Coğrafiya, İnformatika, Rəqəmsal bacarıqlar; 11:35-də IV sinif – Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət; 12:10-da III sinif - Azərbaycan dili, Riyaziyyat, Təsviri incəsənət; 12:50-də II sinif - Riyaziyyat, Təsviri incəsənət; 13:15-də I sinif şagirdlərinə Azərbaycan dili, Təsviri incəsənət dərsləri, 13:45-də Məktəbdənkənar fəaliyyət olacaq.

Rus bölməsi üçün saat 14:00-da I sinif – Rus dili, Riyaziyyat, Həyat bilgisi; 14:30-da VII sinif – Rus dili, Riyaziyyat, Fizika; 15:10-da IX sinif - Rus dili, Riyaziyyat, Fizika; 15:50-də IX sinif şagirdlərinə Kimya, Riyaziyyat, Coğrafiya dərsləri olacaq.



Azvision.az



Teqlər: Təhsil   Dərs  





Xəbər lenti