Türk kişilərin azərbaycanlı xanımları - STATİSTİKA

Türk kişilərin azərbaycanlı xanımları - STATİSTİKA
  07 Yanvar 2014    Oxunub:1337
Türk kişiləri əcnəbi xanımlarla ailə həyatı qurarkən ən çox azərbaycanlılara üstünlük veriblər.

AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin Ədliyyə Nazirliyi məlumat yayıb.

Rəsmi statistikaya görə, ötən il türk kişilərin ailə qurduğu xanımlar arasında soydaşlarımız böyük üstünlük təşkil edib. Rəsmi say açıqlanmasa da Türkiyənin Aydın şəhərində il ərzində 20-ə yaxın azərbaycanlının ailə qurduğu bildirilir. Belə ki, Aydın şəhərində 48 nəfər xarici vətəndaşla ailə həyatı qurub.

2013-cü il ərzində ümumilikdə bu şəhərdə 382 nikah baş tutub. Bunlardan 48-i xarici vətəndşala ailə qurub. İki xanım vətəndaş İngiltərə və Qana vətəndaşı ilə evlənib.

Türk kişiləri isə Almaniya, İngiltərə, Azərbaycan, Türkmənistan, Özbəkistan, Polşa, Rusiya, Ukrayna və Kosovadan olan xanımlarla nikaga girib.

Qeyd edək ki, 2011-ci ildə 1294 azərbaycanlı qız Türkiyəyə gəlin köçüb. 2632 türk oğlan alman vətəndaşı ilə ailə qurub. Daha sonra ikinci yerdə rus gözəlləri durur. 1522 rus qızı Türkiyənin gəlini olub. Üçüncü yerdə 1483 nəfərlə suriyalılar durur.

AzVision.az


Teqlər:  





Xəbər lenti