Rza Zərrabın şəriki İranı hədələdi

Rza Zərrabın şəriki İranı hədələdi
  07 Yanvar 2014    Oxunub:1096
Türkiyədə rüşvət və qaçaqmalçılıq iddiası ilə saxlanılan iş adamı Rza Zərrabın şəriki, iranli iş adamı Babək Zəncani İran hökumətinə hədə kəsib.

AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, BMT tərəfindən İrana embarqo qoyulsa da Zərcani Mərkəzi Banka və İran Milli Neft şirkətinə küllü miqdarda pul köçürdüyünü deyib.

Bu barədə Zəncani facebook səhifəsində yazdığı “Həqiqət nədir?” adlı yazısında bildirib.

“Embarqonu qırmaqla öz şirkətlərimin və xaricdə şəriki olduğum şirkətlərin qara siyahıya düşməyini gözə aldım. Əgər amerikalıların əlinə keçsəydim özümü Quantanomada tapacaqdım”.

Bu yazıda Zəncani onu da qeyd edib ki, əgər o həbs olunarsa İran Efiopiyaya çevriləcək: “Embarqoya baxmayaraq İran Mərkəzi bankına və Milli Neft Şirkətinə iki milyard dollar pul köçürməyə nail oldum. Amma bəzi şəxslər bundan mənim əleyhimə istifadə edərək şəxsi qərəz güdürlər. Mən bunu Avropaya girişimin qadağan oluna biləcəyini bilə-bilə etmişəm. İndi parlamentdəki hörmətli vəkillərdən soruşuram; Hansı iş adamı dünyanın hər yerində bank hesablarının və mallarının əlindən alınacağı və dünya ilə əlqəsinin kəsiləcəyi riskininq arşılığında bunu edər?”.

Qeyd edək ki, BMT və ABŞ-ın tətbiq etdiyi sanksiyaları pozaraq Türkiyəyə təbii qaz və neft sataraq qızıl alan və ölkənin ən zəngin iş adamı olan babək Zəncani ötən həftə ölkə başçısı Həsən Ruhaninin göstərişi ilə həbs edilmişdi.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti