Pensiyaçıların ən sevimli ölkələri -SİYAHI

Pensiyaçıların ən sevimli ölkələri -SİYAHI
  07 Yanvar 2014    Oxunub:1041
Siyahıda ilk pilləni Panama tutub.
AzVision.az xəbər verir ki, “İnternational Living” saytı hər il tərtib etdiyi və təqaüdçülərin yaşaması üçün ən rahat olan ölkələrin siyahısını təqdim edib. Mərkəzi Amerikada yerləşən Panama respublikası ilk pillədə qərarlaşıb. Ölkənin ilk pilləni tutması 3 əsas amillə bağlıdır. Panama vətəndaşı olmaq üçün tələb olunan prosedurun sadəliyi, stabil hökumətin mövcudluğu və iqtisadiyyatın sabit inkişafı bu ölkəni təqaüdçülər üçün cəlbedici məkana çevirir. Lakin infrastrukturun az inkişaf etməsi və təmirsiz yollar Panamanın neqativ xüsusiyyətlərindən sayılır.

Siyahıda ikinci yeri Ekvador, üçüncü yeri isə Malaziya tutub. İqtisadi böhran yaşayan İspaniya 5-ci, Uruqvay 9-cu, İrlandiya 11-ci və İtaliya isə 14-cü pillədə qərarlaşıb.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti