Mayın 20-dən onlayn sınaq imtahanları keçiriləcək

  07 May 2020    Oxunub : 1988
Mayın 20-dən onlayn sınaq imtahanları keçiriləcək
Tədrisi Azərbaycan dilindən fərqli dildə olan məktəblərin 9-cu sinif şagirdləri üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanı iyun ayı ərzində kağız daşıyıcılar vasitəsilə keçirilir.
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında deyib.

Onun sözlərinə görə, tədrisi Azərbaycan dilindən fərqli dildə olan məktəblərin 11-ci sinif məzunları üçün imtahan evdən onlayn və ya imtahan mərkəzlərində elektron və ya kağız daşıyıcılar vasitəsilə keçiriləcək. İmtahanda evdən onlayn iştirak etmək istəyən məzunlar müəyyən ediləcək texniki şərtlərə malik olmalıdırlar:

"Tədrisi Azərbaycan dilindən fərqli dildə olan məktəblərin 11-ci sinif şagirdləri üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanı üzrə mayın 20-dən etibarən onlayn sınaq imtahanları keçiriləcək. Bu imtahanlarda cari ilin məzunları və mayın 20-dək ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ərizələrini təsdiq etmiş abituriyentlər (ötən illərin məzunları) iştirak edə biləcəklər".

Aytən Zəhra
Azvision.az

Teqlər: Sınaq   İmtahan