İyunda 160 mindən çox insan imtahanda iştirak edəcək

İyunda 160 mindən çox insan imtahanda iştirak edəcək
  07 May 2020    Oxunub:5926
İyun ayında 160 mindən çox insan imtahanlarda iştirak edəcək. Bu, ölkənin hər bir yerində yeni qaydalar əsasında aparılacaq. Auditoriyada 12-15 nəfər oturacaq. Bu isə bizə yeniliklər təqdim etməyi tələb edir.
Azvision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında deyib.

Onun sözlərinə görə, imtahanda iştirak edəcək hər bir şəxs üçün eyni şərait yaradılacaq:

"Regionlarda çalışan müəllimləri nəzarətçi kimi cəlb etməyi düşünürük. Nəzarətçilərin sayı artırıla bilər. İmtahanların cədvəli əvvəlcədən bəlli deyil. Amma hər şənbə və bazar günü 40 mindən çox insan imtahana daxil olacaq".

Aytən Zəhra
Azvision.az


Teqlər: İmtahan   DİM  





Xəbər lenti