Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzi yaradıldı

  09 May 2020    Oxunub : 4515
 Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzi yaradıldı
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzi yaradılıb.
AMEA-dan Azvision.az -a bildirilib ki, bu barədə akademiyanın Rəyasət Heyətinin onlayn iclasında qərar qəbul edilib.

İctimai əsaslarla fəaliyyət göstərəcək mərkəz Azərbaycan xalqının çoxəsrlik milli dövlətçilik ənənələrini, azərbaycançılıq ideyasının formalaşma və inkişaf proseslərini tədqiq və təbliğ etmək məqsədilə yaradılıb.

Akademik Ramiz Mehdiyev Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzinin rəhbəri, akademik İsa Həbibbəyli isə müavini seçilib.

Azvision.az

Teqlər: AMEA