ABŞ-da helikopter qəzası: ölənlər var

ABŞ-da helikopter qəzası: ölənlər var
  08 Yanvar 2014    Oxunub:1009
Qəza nəticəsində 4 nəfər heyət üzvü həlak olub
İngiltərənin şərqində ABŞ Hərbi Hava Qüvvələrinə məxsus Sikorsky HH-60 Pave Hawk helikopteri qəzaya uğrayıb.

AzVision.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, qəza nəticəsində 4 nəfər heyət üzvü həlak olub.

Pentaqon rəsmiləri helikopterin Amerika hərbi qüvvələrinə məxsus olmasını təsdiqləyib. HH-60G Pave Hawk helikopteri Black Hawk vertolyotunun təkmilləşdirilmiş modelidir.

Helikopter döyüşdə xilasetmə uçuşları və evakuasiya əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulub. Qeyd edək ki, Sikorsky HH-60 Pave Hawk helikopterinin dəyəri 40.1 milyon dollardır.

AzVision.az


Teqlər:  





Xəbər lenti