Klub koordinatorları ilə onlayn iclas keçirilib
İclasda aşağı yaş qruplarından ibarət milli komandalara karantin dövründə keçirilən məşqlərdən danışılıb və klublara bu barədə ətraflı məlumat verilib. Klublar da öz növbəsində futbolçuların hazırki fiziki durumu və keçirilən fərdi məşqlər haqqında nəticələri bölüşüblər.
“Neftçi”, “Qarabağ”, “Sumqayıt”, “Qəbələ”, “Zirə”, “Keşlə”, “Səbail” və “Sabah” klubunun nümayəndələrinin qatıldığı iclasda postpandemiya dövründə görüləcək işlər, gələcək planlar müzakirə olunub.
Azvision.az
Teqlər: AFFA