Nazir qaliblərlə onlayn görüş keçirdi
Nazir “Ən yaxşı təqdimat” müsabiqəsinin müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin zəngin irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən davamlı olaraq öyrənilməsi baxımından əhəmiyyətini qeyd edib, qalibləri təbrik edərək onlara uğurlar arzulayıb.
Qeyd edək ki, müsabiqənin final mərhələsində respublikanın müxtəlif şəhər və rayonlarında yerli mərhələnin qalibləri olmuş 82 ümumtəhsil müəssisəsindən olan şagirdlərin videotəqdimatları münsiflər heyəti tərəfindən qiymətləndirilib.
“Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 7 nəfər I, 14 nəfər II, 19 nəfər III dərəcəli diplomla, 25 nəfər isə tərifnamə ilə təltif olunub.
Azvision.az
Teqlər: Təhsil-Nazirliyi Nazir Onlayn Görüş