Deyvid Kemeronun bərbəri medal aldı

Deyvid Kemeronun bərbəri medal aldı
  08 Yanvar 2014    Oxunub:1347
O, Deyvid Kemoronun telini sağa deyil, sola ayırıb.
Böyük Britaniyanın baş naziri Deyvid Kemeronun bərbəri Lono ləqəbli Rafaele Klaudio Karbosiero Böyük Britaniyanın ən ali mükafatına, MBE (Member of the British Empire – Britaniya İmperiyasının üzvü) medalına layiq görülüb. Uzun illərdir ki, məşhur və varlıların bərbəri olan Lono, 2010- cu ildən baş nazirin bərbəri kimi populyarlıq qazanıb. O, həm də telini hər zaman sağa ayıran Deyvid Kemoronun saçını əksinə, yəni sola tağ ayırmaqla media ulduzuna çevrilib.

Lono, məşhurlardan Madonna, Ceyson Donovanın eləcə də X Factor yarışmaçılarının stilisti olub. “Mükafatlarla bağlı qərar müstəqil bir prosesdir. Bizə heç bir aidiyyəti yoxdur”-deyə o bildirib.

O ki qaldı Lonaya, o, mükafatlandırıldığı ilə bağlı bildiriş alanda təəccüblədiyini, “şoka düşdüyünü” deyib: “Elə bildim taksi pulunu ödəməmişəm”.

Səbinə Həsənova

Qalereya




Teqlər:  





Xəbər lenti