Şagirdlərin qiymətləndirilməsi “Virtual məktəb” vasitəsilə aparılacaq

Şagirdlərin qiymətləndirilməsi “Virtual məktəb” vasitəsilə aparılacaq
  11 May 2020    Oxunub:5776
Ümumtəhsil müəssisələrində təhsilalanların ilin sonuna olan bilik və bacarıqlarını ölçmək üçün qiymətləndirmələrin “Virtual məktəb” platforması vasitəsilə aparılması planlaşdırılır.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, milli qiymətləndirmə tədqiqatları ilə yanaşı, təhsilalanların ilin sonuna olan bilik və bacarıqlarını ölçmək üçün müxtəlif qiymətləndirmə vasitələrinin hazırlanması nəzərdə tutulur. Qiymətləndirmənin keçirilməsində əsas məqsəd həm şagirdlərin özlərini qiymətləndirməsi, həm də ümumi vəziyyətin ölçülməsi ilə bağlı monitorinqlərin aparılmasıdır:

"Bu qiymətləndirmələrin “Virtual məktəb” platforması vasitəsilə aparılması planlaşdırılır. Bu qiymətləndirmələr də şagirdlərin yekun qiymətlərinə təsir etməyəcək".

Qeyd edək ki, ümumtəhsil müəssisələrində ikinci yarımil üzrə heç bir kiçik və ya böyük summativ qiymətləndirmənin aparılması planlaşdırılmır. Şagirdlərin illik qiymətləri birinci yarımilin qiymətləri əsasında çıxarılacaq. İllik qiymətlərindən narazı qalan şagirdlər üçün növbəti tədris ilinin başlanması ərəfəsində təhsil müəssisəsi tərəfindən təkrar qiymətləndirmə təşkil ediləcək.

Azvision.az


Teqlər: Təhsil-Nazirliyi   Qiymətləndərmə  





Xəbər lenti