Peşə məktəblərinə qəbul avqustda keçiriləcək

  11 May 2020    Oxunub : 3284
Peşə məktəblərinə qəbul avqustda keçiriləcək
Peşə təhsil müəssisələrinə qəbulun avqust ayında keçirilməsi planlaşdırılır.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, peşə təhsili müəssisələrində ümumi təhsil fənləri üzrə təhsilalanların attestasiyası fevral ayında yekunlaşıb. İxtisas (sınaq) istehsalat işinin qiymətləndirilməsi və dövlət buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulmur.

Qiymətləndirmə təhsilalanın əvvəlki dövr ərzində nailiyyətləri əsasında aparılır. Qiymətindən narazı qalan təhsilalanlar üçün avqust-sentyabr aylarında buraxılış imtahanları keçirilə bilər.

Azvision.az

Teqlər: Qəbul   Kollec