Ermənistanın iqtisadi tənəzzülü RƏQƏMLƏRDƏ

Ermənistanın iqtisadi tənəzzülü RƏQƏMLƏRDƏ
  08 Yanvar 2014    Oxunub:1159
İrəvandan Susanna Petrosyan "Vesti Kavkaza.ru" saytına yazır

2013 -cü il Ermənistan üçün iqtisadi inkişaf mənasında xoşagələn olmadı. Büdcədə iqtisadi artımla bağlı nəzərdə tutulan bir sıra əsas göstəricilər əldə edilə bilmədi. Ölkədə nəzərdə tutulmuş 6,2 % əvəzinə cəmi 4,4% artım əldə edildi. Eks baş nazir Hrant Baqratyan vurğulayır ki, son 6 ildə Ermənistanda iqtisadi artım tempi dünyadakı orta səviyyədən 2 dəfə aşağıdır. Ermənistan iqtisadiyyatı üçün inflyasiya büdcədə nəzərdə tutulmuş 4% əvəzinə 6,1% olub. Hakimiyyətin inflyasiya tempinin əmək haqqı səviyyəsindən yuxarı qalxmayacağına dair hakimiyyətin vədləri özünü doğrultmadı. 2013-cü ildə həllini tapmayan problemlər 2014-cü ilə transfer edib. Bunların arasında kapital qoyuluşu səviyyəsinin enməsi, xarici borcların artımı, işsizlik, iri biznesin kiçik və orta biznes hesabına inkişafı, nəhayət inhisarçılığın meydan sulanması kimi problemlər qalmaqdadır. 2013-cü ilin sonunda ümumdünya bankının dərc etdirdiyi hesabatda deyilir: "Ermənistanda yeni iqtisadi artım modeli: "rəqabət və əlaqələr" bölümündə qeyd olunur ki, keçmiş SSRİ məkanında Ermənistan iqtisadiyyatın inhisara alınmasına görə, 1-ci yerdə dayanır. İqtisadiyyatın 20%-i monopolislərə məxsusdur. Onlar oliqarxlarla birlikdə ölkə iqtisadiyyatının 3/2 hissəsinə nəzarət edirlər. Ermənistanda inhisara alınmış iqtisadiyyatın vurduğu ən böyük ziyanlardan biri əhalinin yoxsullaşmasıdır. Bu ölkənin milli statistika xidmətinin məlumatına görə, 3 milyonluq əhalisi olan Ermənistanda demək olar ki, 1 milyon insan kasıb, çox kasıb və dilənçi vəziyyətində yaşayır.

S.Həsənova


Teqlər:  





Xəbər lenti