DİM-də beynəlxalq imtahanlar təşkil edilir

  14 May 2020    Oxunub : 3526
DİM-də beynəlxalq imtahanlar təşkil edilir
Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL iBT, GRE, Pearson VUE beynəlxalq imtahanları keçirilir.
DİM-dən Azvision.az -a bildirilib ki, beynəlxalq imtahanlar mayın 14-dən etibarən sanitar-gigiyenik qaydalara uyğun olaraq Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil edilir.

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin ediləcək.

İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses ərzində (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) istifadə olunmalıdır.

DİM-də keçirilməsi nəzərdə tutulan müxtəlif beynəlxalq imtahanlar və onların tarixləri haqqında ətraflı məlumat Mərkəzin saytında yerləşdirilib.

Azvision.az

Teqlər: DİM