Yüksək sürət can aldı

Yüksək sürət can aldı
  15 Mart 2013    Oxunub:1569
Gəncədə ölümlə nəticələnən yol qəza hadisəsi baş verib.
Hadisə bu gün saat 11:00 radələrində Gəncə-Samux yolu üzərindəki Kəpəz dairəsi ətrafında baş verib.

Samux rayonundan Gəncə istiqamətinə hərəkət edən “VAZ-21012” markalı avtomobil sürətlə yoldakı dairəyə çırpılıb.

Nəticədə avtomobilin sürücüsü 31 yaşlı Gəncə sakini Rüfət İsmayılov aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Hadisə şahidlərinin sözlərinə görə, sürücü avtomobili yüksək sürətlə idarə edib.

Baş Polis İdarəsindən verilən məlumata görə, ilkin araşdırmalarda hadisəyə avtomobilin yüksək sürətlə hərəkətinin səbəb olduğunu təsdiqləyir.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.(ans)


Teqlər:





Xəbər lenti