Bakı ermənisindən Azərbaycana qarşı çirkin kampaniya - VİDEO

Bakı ermənisindən Azərbaycana qarşı çirkin kampaniya - VİDEO
  09 Yanvar 2014    Oxunub:2186
Azərbaycan və Ermənistan arasında davam edən informasiya müharibəsində sosial şəbəkələrin, bütövlükdə, internetin həlledici önəmi var. Azərbaycan reallığında ermənilərin, Ermənistanda isə azərbaycanlıların yoxluğunu, yaxud ictimai fəallığının münaqişə səbəbindən minimal səviyyədə olmasını nəzərə aldıqda informasiya müharibəsinin xarici cəbhələri xüsusi önəm kəsb edir. Xüsusən də hər iki xalqın nümayəndələrinin ortaq yaşadığı ölkələrdə bu faktor vacibdir. Rusiya bu mənada müstəsna əhəmiyyətə malik ölkədir. Çünki bu ölkədə istər azərbaycanlı, istərsə də erməni icması çoxmilyonlu kontingentlə təmsil olunur və bununla da informasiya müharibəsinin önəmli cəbhələrindən birinə çevrilir.

Rusiyada Azərbaycan əleyhinə təbliğat aparan və dövlət səviyyəsində qəbul edilən tarixi reallığı təhrif edən bir çox erməni fəalları var. İstər Rusiyada yaşayan ermənilər, istər azərbaycanlılar və istərsə də internet vasitəsilə ölkəmizin sakinlərinə milli-tarixi dəyərlərimizlə bağlı təhrif olunmuş informasiyalar çatdırmaqla həm milli münaqişənin dərinləşməsinə rəvac verir, həm də müəyyən məqamlarda uğurlu” beyin yuma” kompaniyası həyata keçirilir. Bu əsnada Rusiyada anti-azərbaycan təbliğatının əsas öndərlərindən biri kimi keçmiş “soydaşımız” prodüser və Rusiya Jurnalistlər İttifaqının üzvü Vadim Arutyunovu misal göstərmək olar. İlk olaraq təbliğat təxribatçısının tərcümeyi-halı ilə tanış olaq.

AzVision.az-ın araşdırmasına görə, sovet dönəmində Bakı şəhərində anadan olan Arutyunov hələ uşaq yaşlarında, 80-ci illərin sonlarında ailəsi ilə birgə Bakıdan Rostov şəhərinə köçüb. Moskva Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini Cənubi Asiya xalqlarının tarixi ixtisası üzrə bitirən keçmiş Baki sakini həm də Əhməd Baysırtınov adına Qazaxıstan Dövlət Universitetində Psixologiya elmi üzrə təhsil alıb. Azərbaycan dili də daxil olmaqla 6 dildə danışa bilən Arutyunov əvvəlcə, Rostovdakı jurnalist kimi Rostovdakı dövrü mətbuatda və televiziyada çalışır. Hətta bir aralar Rusiyanın 1-ci kanalı tərəfindən yayımlanan “Jdi Menya” (Gözlə məni) verilişinin bütün cənub subyektləri, o cümlədən Qafqaz regionu üzrə müxbiri çalışır. Sonradan karyera tramplinində irəliləyərək verilişin “Ostankino” teleqülləsindən yayımlanan əsas pavilyonunda çalışmağa başlayır. Beləliklə, Moskvaya yerləşən Arutyunov hazırda “Telehəftə” jurnalı ilə əmkdaşlıq edir. “Çoxprofilli” Arutyunov eyni zamanda “Odeon” teatr-konsert agentliyinə direktorluq edir. Yuxarıda verilən məlumatlar əslində Arutyunovun axmaq olmadığını, əksinə kifayət qədər mütaliəli və təcrübəli şəxs olduğunu göstərmək idi. Lakin intellekt ideoloji və genetik düşmənçiliyin təsiri ilə obyektivliyini itirir və təhlükəli vasitəyə çevrilir. Vadim Arutyunovun fəaliyyəti buna bir sübutdur.

Yazının əvvəllində qeyd etdiyimiz kimi, sosial şəbəkələr onun üçün tarixi və hazırki prosesləri kobud sürətdə təhrif etməyə fürsət yaradan bir vasitədir. Xüsusən, Rusiyada 2-ci, dünyada isə məşhurluğuna görə 20-ci pillədə qərarlaşan “VKontake” sosial şəbəkəsində Vadim Arutyunov çox aktivdir. Konkret onun bu internet resursdakı fəaliyyətinə gəldikdə isə rəsmən özünün elan etdiyi kimi “Azərbaycan saxtakarlıqlarına qarşı mübarizə üçün” “Antitopor” analitik informasiya və maariflənmə birliyinin səhifəsini misal göstərmək olar.



Noyabrın 28-də peyda olan səhifədə Vadim Arutyunov və onun “iş ortaqları” Qarik Markaryan, Robert Mkrtçyan Qafqaz regionu ilə bağlı antik dövrlərdən başlayaraq günümüzə qədər yazılan müxtəlif tarixi əsərləri, mənbələri təhrif olunmuş formada oxucularına təqdim edərək onlarda yanlış təsəvvürlər yaratmağa çalışırlar. Xüsusən, Vadim Arutyunovun aparıcısı olduğu və azərbaycanlılarla ermənilər arasında mövcud olan ziddiyyətli məqamları birtərəfli qaydada şərh edən silsilə videoçarxlar anti-azərbaycan təbliğatının yeridilməsində əsas vasitələrdən biridir. Videoçarxlarda adətən, azərbaycanlıların köçəri tayfalar konqlomeratının nəticəsi olduğunu, milli özünüdərkin aşağı səviyyədə olması və XX əsrin əvvəllərinə qədər bir xalq kimi formalaşmadığını iddia edir. Əvəzində isə mənsub olduğu erməni xalqını Qafqaz torpaqlarının avtoxtonu elan edir və tarixi prosesləri buna uyğun nəql edir.

İlk video sujeti dolmanın erməni mətbəxinə məxsus olmasına həsr edən Arutyunov əslində bu sözün erməni dilində üzüm yarpağı mənasını verən “toli” sözündən yarandığını bildirir. Başqa bir çıxışında İrəvan xanlığının Azərbaycanla bağlılığını inkar edir və özünəməxsus “arqumentlərlə” bu dövləti İranla əlaqələndirməyə çalışır. Ümumilikdə, Səfəvilər dövlərini və İranı əsrlərlə fasiləsiz idarə edən türk sülalələrinin Azərbaycanla bağlılığını şübhə altına qoyan şərqşünas ixtisaslı Vadim Arutyunov tütək musiqi alətinin qədim erməni mədəniyyətinin sübutu olduğunu bildirir. Bundan başqa silsilə videoçarxların müxtəlif hissələrində Ermənistanın müstəqilliyini tanımayan Pakistanın tənqidi, ermənilərin Qafqaza köçürlüməsində rol oynayan Aleksand Qriboyedovun tərifi yer alır.

Ramil Səfərovdan da yan keçməyən Arutyunov onu müxtəlif təsvir vasitələrindən istifadə etməklə təhqir etməyə çalışır və s. Bütün video sujetlər müəyyən müddətdən sonra youtube-a yerləşdirilməklə geniş kütlələr arasında yayılır. Dezinformasiya dolu bu videolara Azərbaycan taxriçilərinin, gənclərinin kont-arqumnetlə cavab verməsi önəmlidir. Əskər aspektlərdə Azərbaycan tarixinin Arutyunov və onun kimilər tərəfindən təhrif olunmuş formada verilməsi hətta Rusiyada yaşayan azərbaycanlıların milli köklərdən ayrılmasına və informasiya müharibəsində məğlubiyyətimizə səbəb ola bilər.



Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti