Ötən il Azərbaycanda hansı filmlər çəkilib?

Ötən il Azərbaycanda hansı filmlər çəkilib?
  09 Yanvar 2014    Oxunub:1149
Ötən il kino sahəsində yaddaqalan hadisələrdən biri Azərbaycan və Türkiyə kinematoqrafçılarının Xalq Yazıçısı Elçinin romanı əsasında çəkdikləri “Mahmud və Məryəm” filmi olub.
Ötən il, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C.Cabarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “Çölçü” və “Dərvişin qeydləri”, habelə Azərbaycan-Rusiya istehsalı olan “Qorxma, mən səninləyəm! 1919” bədii filmləri kinosevərlərə təqdim edilib.

Bunlardan əlavə, 2013-cü ildə “Azərbaycanfilm” kinostudiyasında bir sıra yaddaqalan ekran əsərləri - “Qisas almadan ölmə”, “Axınla üzü aşağı”, “Nabat”, “Axırıncı dayanacaq” və digər bədii ekran əsərləri çəkilmişdir. Bir sıra sənədli filmlər isə istehsal mərhələsindədir.

Ötən il Azərbaycan filmləri dünyanın bir sıra nüfuzlu müsabiqələrində uğurlu nəticələr əldə edib.


Teqlər:





Xəbər lenti