Aybəniz Haşımova jurnalistlərə əsəbləşdi

Aybəniz Haşımova jurnalistlərə əsəbləşdi
  09 Yanvar 2014    Oxunub:7532
Əməkdar artist qızı Aynişanın nişanlanması xəbərinə aydınlıq gətirib
"Bülbüllər" qrupunun yaradıcısı, əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişanın gənc müğənni Mirkamil Kamilovla nişanlanması ilə bağlı mətbuatda məlumat yayılıb. Bildirilir ki, əməkdar artistin qızı M.Kamilovla nişanlanıb. Elə buna görə də, Aybəniz Haşımova və qızı Mirkamil Kamilov İranda əməliyyat olunarkən, onun yanında olublar.

Əməkdar artist bu məlumatlara aydınlıq gətirib. AzVision.az-ın məlumatına görə, Aybəniz Haşımova bu xəbərin yalan olduğunu bildirib:

“Əziz və sevimli dostlarım əzizlərim.Bircə kəlmə ilə deyəcəm və xahiş edirəm heç kəs məni bu məsələylə bağlı narahat etməsin. Mən, kiminsə balasının ardınca, onun dar günündə onun yanına qaçıramsa, bu mənim insanlara və yaxınlarıma olan məhəbbətim və sədaqətimdir. Bunu Allah istəyir bizdən. Mən də, belə olmağa çalışıram, hər kəsi də belə olmağa çağırıram. Mənim, övladımın İnşallah nişanını da, toyunu da mütləq görəcəksiniz. Hər şeyin vaxtı, qisməti, zamanı var. Olmayan sözləri düzəldib, qoşub, yaymaq lazım deyil. Övladımın qismətinin kim olacağını yalnız Allah bilir. Qoy Allah da, özü qorusun hamının balasını və mənim də balamı. İnsallah övladımın toy, nişan xəbərini özüm deyəcək. Saxta məlumat yayanlara isə demək istəyirəm ki, bilmədiyinizi nə danışmayın, nə də yazmayın. Qələm çəkən biz deyilik”-deyə, əməkdar artist qeyd edib.

AzVision.az



Teqlər:  





Xəbər lenti