Ermənistan siqaret çəkənlərin çoxluğuna görə üçüncüdür

Ermənistan siqaret çəkənlərin çoxluğuna görə üçüncüdür
  09 Yanvar 2014    Oxunub:3281
Siqaretdən bu qədər geniş istifadənin əsas səbəbi psixoloji amillərdir.
Ermənistan dünya üzrə siqaretin ən çox çəkildiyi üçüncü ölkədir.
Bu barədə məlumatı Amerika Tibb Assosiasiyasının jurnalı yayıb. Birinci yerdə Şərqi Timorun gəldiyi siyahıda bu zərərli vərdişin bəzi səbəbləri də açıqlanıb. Onların arasında üstünlüyü psixoloji səbəblər təşkil edib.

Psixoloqlar bildirib ki, bir çox hallarda insanlar siqareti fikirlərini hansisa məsələlərdən yayındırmaq və boş vaxtlarını doldurmaq üçün istifadə edir. Jurnalın fikrincə, bu ölkələrdə siqaretdən bu qədər geniş istifadənin də əsas səbəbi qeyd edilən psixoloji amillərdir.

Amerika Tibb Assosiasiyasının jurnalında qeyd olunur ki, 2012-ci ildə ən çox siqaret çəkilən ölkələr arasında birinci yeri Şərqi Timor (61 faiz) tutur. Sonrakı yerləri, müvafiq olaraq, İndoneziya (57), Ermənistan (51,5), Rusiya (51) və Kipr (48) bölüşür.
Qadınlar arasında siqaretin ən çox çəkildiyi ölkələr isə Yunanıstan (34,7) və Bolqarıstandır (31,5).

S. Həsənova


Teqlər:  





Xəbər lenti