İlham Əliyev Çinli həmkarını təbrik edib

İlham Əliyev Çinli həmkarını təbrik edib
  15 Mart 2013    Oxunub:1169
Azərbaycan Prezindeti İlham Əliyev Çinin prezidentini təbrik edib

Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə
Hörmətli cənab Sədr,
Çin Xalq Respublikasının Sədri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Biz tarixi köklərə malik Azərbaycan-Çin əlaqələrinə böyük əhəmiyyət veririk. Dövlətlərarası münasibətlərimizin hazırkı yüksək səviyyəsi siyasi, iqtisadi və humanitar sahələrdə geniş formatlı və faydalı əməkdaşlığımız üçün mühüm amildir. Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasındakı münasibətləri xalqlarımızın qarşılıqlı mənafeyi naminə daha da genişləndirmək və inkişaf etdirmək üçün yaxşı imkanlar var.
Əminəm ki, ənənəvi dostluq münasibətlərimizin daim möhkəmləndirilməsi, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi yolunda birgə səylərimiz bundan sonra da ölkələrimizin və xalqlarımızın rifahına xidmət edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Çin xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti



Teqlər:





Xəbər lenti