Fənn olimpiadalarının finalı iyunda keçiriləcək

  18 May 2020    Oxunub : 2690
Fənn olimpiadalarının finalı iyunda keçiriləcək
Pandemiya ilə əlaqədar təxirə salınmış Respublika fənn olimpidalarının respublika mərhələsinin final turu iyun ayının birinci yarısında keçiriləcək.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, iyunun 5-də riyaziyyat fənni üzrə final turu Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseydə, fizika fənni üzrə Kimya, biologiya təmayüllü Respublika liseyində, iyunun 7-də kimya fənni üzrə Fizika, riyaziyyat və informatika təmayüllü liseydə, biologiya fənni üzrə Kimya, biologiya təmayüllü Respublika liseyində, informatika fənni üzrə Bakı Mühəndislik Universitetində, iyunun 9-da Azərbaycan dili və ədəbiyyatı fənni üzrə Fizika, riyaziyyat və informatika təmayüllü liseydə, coğrafiya fənni üzrə Kimya, biologiya təmayüllü Respublika liseyində, tarix fənni üzrə isə S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasında keçiriləcək.

Bütün fənlər üzrə olimpiada saat 10:00-da başlayacaq.

Qeyd edək ki, fevral ayında keçirilmiş respublika mərhələsinin yarımfinal turunun nəticələrinə əsasən, uğur qazanmış şagirdlər final turunda iştirak hüququ qazanıblar. İştirakçıların təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının qorunması məqsədilə koronavirusa qarşı bütün qabaqlayıcı tədbirlər nəzərə alınacaq və həyata keçiriləcək.

Azvision.az



Teqlər: Olimpiada   Final