Sıxlıq olan məktəblərdə şagird qəbulu necə aparılacaq?

Sıxlıq olan məktəblərdə şagird qəbulu necə aparılacaq?
  18 May 2020    Oxunub:4511
I sinfə qəbul üzrə müraciətlərin çox olduğu bəzi məktəblərdə şagird qəbulunun ilk növbədə hansı üstünlük hüququ əsasında aparılacağı açıqlanıb.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Bakı şəhərində yerləşən bir sıra məktəblərdə birinci sinfə onlayn qeydiyyat zamanı uşaqların məktəbə qəbulu zamanı valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin məktəbin müəyyən edilmiş ərazisində yaşayanların, valideyni (qanuni nümayəndəsi) həmin məktəbdə işləyənlərin, bacısı və ya qardaşı həmin məktəbdə təhsil alanların üstünlük hüquqları təmin olunur.

Valideyn şəxsi kabinetində müvafiq məktəbə elektron sorğu yerləşdirib, tələb olunan sənədləri məktəbə təqdim edib, məktəb tərəfindən sistemdə təsdiq vurulduqdan sonra sorğusunu ləğv edə bilməz. Yalnız məktəb tərəfindən sistemdə imtina düyməsi vurulduğu halda, valideynin qeydiyyatdan keçdiyi nömrəyə verifikasiya kodu göndərildikdən sonra həmin kod daxil edilməklə sorğunu silib başqa məktəb seçimi etmək olar.

Azvision.az


Teqlər: Şagird   Isinif  





Xəbər lenti