“Buna ikiqat qısqanclıqla yanaşırıq”
Bunu Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Van-İrəvan aviareysinin açılmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, rəsmi Bakı bu cür təmaslara işğalçı ölkəyə dəstək və onun gücləndirilməsi kimi yanaşır: “Bu dəstək isə işğal faktını uzadır. Bunu Azərbaycanla strateji maraqları üst-üstə düşən dövlətlər reallaşdırdıqda, buna ikiqat qısqanclıqla yanaşırıq. Bu, tək bizim deyil, eyni zamanda Türkiyə ictimaiyyətinin də münasibətidir”.
Ə.Həsənov xatırladıb ki, bir müddət əvvəl Ermənistan-Türkiyə sərhədlərinin açılması məsələsi ortaya çıxanda da bu məsələ Türkiyə ictimaiyyəti, siyasi partiyalar və Türkiyə hökuməti tərəfindən dəstəklənməyib: “Van-İrəvan aviareysinin açılmasını Ermənistandakı işğalçı rejimə hansısa formada verilmiş rəsmi dəstək kimi qiymətləndiririk”.
Teqlər: