Magistr dissertasiyasının müdafiəsi qüvvədə qalır

Magistr dissertasiyasının müdafiəsi qüvvədə qalır
  20 May 2020    Oxunub:3876
Magistratura səviyyəsini bitirənlərin çoxu sonradan doktoranturada təhsil üçün müraciət edir. Bunu görə dissertasiya müdafiəsi nəzərdə tutulub.
Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov Nazirlər Kabinetinin "Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə" qərarına dair sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, magistr dissertasiyasının müdafiəsi üzrə ixtisaslaşmış şuralar təqvim ilinin sonuna qədər fəaliyyət göstərirlər. “Hər hansı səbəbdən magistr iyun-iyul aylarında müdafiədə iştirak edə bilməsə, avqust-sentyabr ayında müdafiəsini edə bilər".

Aytən Zəhra
Azvision.az





Teqlər: Təhsil   Nazirlik  





Xəbər lenti