Türk və erməni sərhədçiləri gizlin görüşüb

Türk və erməni sərhədçiləri gizlin görüşüb
  10 Yanvar 2014    Oxunub:1104
Rusiyanın Federal Təhlükəsizlik Xidməti bu barədə məlumat verməkdən çəkinir.
Bu barədə Ermənistanın Aykakan Jamanak qəzeti məlumat yayıb. Qeyd edək ki, Türkiyə mətbuatı da, bu yaxınlarda Ermənistan və Türkiyə sərhədçilərinin iştirakı ilə geniş tərkibli görüş keçirildiyi və tərəflər arasında beynəlxalq normalara uyğun olaraq həyata keçirilən birgə işlər müzakirə olunduğu barədə məumatlar yayıb.

Rusiyanın Ermənistandakı Federal Təhlükəsizlik Xidmətinin mətbuat katibi Serqey Qreçin məlumatı təkzib etməyə çalısa da , təsadüfən ağzından qaçırıb. Erməni müxbirin nə üçün bu barədə məlumat gizli saxlanılır sualına, Qreçin konkret cavab verib: “ Ona görə!” Jamanakın müxbirinin ”onda belə nəticəyə gəlmək olar ki, bu xəbər doğrudur və sadəcə məxfi saxlanılır, elədirmi”, sualına cavabında isə Qreçin deyib: “ Necə istəyirsinizsə, elə də fikirləşin, nə yazırsınız, yazın, bizim heç bir problemimiz yoxdur.

“S. Qreçin həmçinin bildirib ki, “çətin ki, Gümrüdə bu görüşlə bağlı məlumat verə biləcək adam tapıla”, lakin onun sözlərindən aydın olur ki, iki ölkənin sərhədçiləri görüşüb”, deyə erməni qəzeti yazır.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti