İmtahana salınmayacaq mövzuların siyahısı açıqlandı
Bu səbəbdən 2020-ci ilin mart-iyun aylarında respublikanın ümumtəhsil müəssisə¬lərində qüvvədə olan tədris proqramlarına əsasən tədrisi nəzərdə tutulan mövzular tədris olunmadığı üçün qəbul imtahanı proqramından çıxarılıb.
Aşağıdakı linkdə sizə 2020-ci ilin fevral ayında “Abituriyent” jurnalının 1-ci nömrəsində dərc edilmiş “Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün qəbul imtahanı proqramları”nı qısaldılmış formada təqdim edirik. Təqdim olunan proqramların qısaldılmış variantında bölmə başlıqları nömrələnib və fənn üzrə proqramın sonunda çıxarılan mövzular qeyd olunub.
Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün qəbul imtahanı proqramları”nın qısaldılmış forması və qəbul imtahanı proqramlarından çıxarılmış mövzular - https://azvision.az/redirect.php?url=http://dim.gov.az/upload/iblock/c8a/c8a65830bc39199769211ed314dac292.pdf
“Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üçün qəbul imtahanı proqramları”nın tam mətni ilə “Abituriyent” jurnalının 1-ci nömrəsində tanış olmaq olar. Jurnalı DİM-in kitab mağazalarından almaq və ya https://azvision.az/redirect.php?url=http://www.abiturient.az/ saytından sifariş etmək olar.
Azvision.az