Çin ticarətdə Amerikanı üstələdi

Çin ticarətdə Amerikanı üstələdi
  10 Yanvar 2014    Oxunub:1085
Çin Xalq respublikasının beynəlxalq ticarət əməliyyatlarının həcmi 4 trillion dolları keçməklə dünyada birinci yerə yüksəlib.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, 2013-cü ilin yekunlarına görə, Çin idxal və ixrac əməliyyatlarını 7,6% artırmaqla 4,16 trillion dollara çatdırıb.

Ölkənin Baş Gömrük idarəsinin mətbuat katibi Çjen Yueşen jurnalistlərə açıqlamasında idxal-ixrac əməliyyatlarının həcminə görə 2013-cü ildə Çinin ABŞ-ı üstələdiyin vurğulayıb. “The Financial Times” qəzetinin məlumatına görə, ötən ilin 11 ayı ərzində ABŞ-ın beynəlxalq ticarət əməliyyatlarının ümumi həcmi 3,57 trillion dollardır.

Qeyd etmək lazımdır ki, Çinin öz beynəlxalq statistikasını saxtalaşdırması beynəlxalq problemə çevrilib. 2012-ci ildə də beynəlxalq KİV-lər Çini ən böyük ticarət ölkəsi adlandırmışdılar. Belə ki, Amerikanın idxal-ixrac əməliyyatlarının həcminin 3,82, Çində isə 3,87 trillion dollar olduğu deyilirdi. Lakin sonradan Çin rəsmləri bu məlumatları təkzib edərək ticarət həcmində ABŞ-dan 15,6 milyard dollar geri qaldıqlarını bildirmişdilər.

Beynəlxalq və yerli ekspertlər isə Çinin öz statistikasını saxtalaşdırdığını qeyd edir. Verilən məlumatlara görə ölkənin regional rəhbərliyi öz iqtisadi göstəricilərini 610 milyard dollar həcmində şişirdib.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti