Quş Qripi qayıdır: 1 nəfər öldü
Onun sözlərinə görə, əvvəllər Şimali Amerikada belə hala rast gəlinməyib.
Nazir qeyd edib ki, ölənin ailə üzvləri və yaxın əhatəsində H5N1 virusu aşkar edilməyib. “Bu virus insanlar arasında çox nadir hallarda yayılır”.
Qadın Pekindən qayıdarkən, təyyarədə özünü pis hiss edib. Alberta xəstəxanalarının birində ona göstərilən yardım səmərəsiz olub və o, yanvarın 3-də ölüb. Sonradan laboratoriya testləri onun H5N1 virusuna yoluxduğunu təsdiqləyib.
Səhiyyə Nazirliyinin nümayəndələri xatırladıblar ki, bu virus, ona qarşı immuniteti olmayan insanlar üçün təhlükəlidir. H5N1 virus səbəbindən ölüm halları 60 % təşkil edir. 2003-cü ildən 15 ölkədə bu virusa 648 insanın yoluxduğu laboratoriyalarda qeydə alınıb.
Onlardan 384-ü həyatını itirib.
S.Həsənova