Təhsil eksperti: “Onlayn dərslərin keyfiyyəti aşağıdır”

  Təhsil eksperti:  “Onlayn dərslərin keyfiyyəti aşağıdır”
  22 May 2020    Oxunub:3446
Koronavirus pandemiyası ilə əlaqədar dərslərdə fasilənin yaranması daha çox I-IV siniflərdə və IX-XI siniflərdə təhsil alan şagirdlərə mənfi təsir göstərə bilər.
Bunu Azvision.az -a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, I-IV siniflərdə təhsil alan şagirdlərdə oxuma, anlama, dinləmə bacarıqları yeni formalaşır və tədrisə ara vermək onlarda müəyyən qədər unutqanlıq yarada bilər.

“Tədris prosesində tətilin müddəti öncədən proqnozlaşdırılandan çox oldu. Bildiyimiz kimi, 3 martdan etibarən bütün təhsil müəssisələrində tədris prosesi dayanıb. Bu müddət ərzində 4447 orta məktəbdə 1.5 milyon şagird, 50-dən çox ali təhsil müəssisəsində 165 min tələbə, kollec və peşə təhsili müəssisələrində 30 minə qədər təhsil alan üçün ənənəvi dərs dayanıb və bu qədər insan evdədir. Bu müddət ərzində heç də bütün şagirdlər onlayn dərslərə qoşula bilmədi. Həmçinin onlayn dərslərin keyfiyyəti ənənəvi dərslərlə müqayisədə aşağı idi”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil  





Xəbər lenti