Kamikadzelər 10 metrdən aşkarlanacaq
Layihəyə Federal büdcədən ümumilikdə, 39 milyard rubl pul ayrılıb. Ehtimal olunur ki, avadanlıq 98% dəqiqliklə hədəfi müəyyən edə biləcək. 5 dəqiqə ərzində işə salınan avadanlıq 0,5 saniyə ərzində ötürdüyü siqnalları şifrələyə bilir.
İki tezlikli Neylinel-radolokasiya metoduna əsaslanan yeni vasitə partlayıcı qurğuları aşkarlamaq üçün həyəcan siqnalı indikasiyası ilə təmin olunub. 2016-cı ilin noyabrın 15-nə qədər tenderdə qalib gələn şirkət avadanlığı Rusiya Daxili İşlər Nazirliyinə təqdim etməlidir.
Son 10 ildə 50-dən artıq kamikadze hücumuna məruz qalan Rusiya yeni avadanlığın sayəsində terroizmə qarşı mübarizədə üstünlük qazanmaq niyyətindədir.
Vüqar İsmayılov